Menu

Merkel Aİ-yə Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyi təklif edəcək

15.10.2016, 22:56

merkel-putin_3298973bAlmaniya kansleri Angela Merkel Suriyadakı vəziyyətlə əlaqədar Avropa İttifaqına Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyi təklif etmək niyyətindədir.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Almaniyanın nüfuzlu “Frankfurter Allgemeine Sonntagszeitung” nəşri məlumat yayıb.

Məlumata görə, Merkel qeyd olunan mövzunu 20-21 oktyabr tarixlərində keçirilməsi planlaşdırılan Aİ sammitində qaldırmaq niyyətindədir.

Nəşr qeyd edir ki, Merkelin təklif edəcəyi sanksiyalar təyyarə istehsalı və müdafiə sənayesi sahələrini əhatə edəcək.

Qəzetin məlumatına görə, ABŞ prezidenti Barak Obama Aİ-nin təşəbbüsə müsbət reaksiya verəcəyi təqdirdə Merkeli dəstəkləyəcəyini vəd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol