Menu

Finnair də öz təyyarələrinə Samsung Galaxy Note 7-ni qadağan edib

16.10.2016, 18:52
Finnair də öz təyyarələrinə Samsung Galaxy Note 7-ni qadağan edib

Analoji qərarı bu günlərdə Amerika aviaşirkətləri də tətbiq ediblər

Finlandiyanın milli aviaşirkəti Finnair də öz təyyarələrinə Samsung Galaxy Note 7 smartfonlarının keçirilməsini qadağan edib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, şirkət sentyabrın əvvəlində bu smartfonların təyyarələrdə istifadəsi və ya enerjiyə qoşulmasını qadağan etmişdi. Həmin vaxt Samsung Galaxy Note 7 söndürülmüş vəziyyətdə aparmağa icazə verilirdi.

“15 oktyabr 2016-cı il tarixdən etibarən isə təhlükəsizlik tədbirləri baxımından aviaşirkətin müştərilərinə Samsung Galaxy Note 7 smartfonlarını əl baqajında aparmağa icazə verilmir”, - şirkətin bu gün yaydığı məlumatda deyilir.

Qeyd edək ki, analoji qərarı bu günlərdə Amerika aviaşirkətləri də tətbiq ediblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol