Menu

Türkiyə İŞİD-lə bağlı illik hesabat yaydı - 6820 zərbə

16.10.2016, 23:52

isidTürkiyə Silahlı Qüvvələri tərəfindən İraqın şimalında İŞİD-ə aid hədəflərə təxminən “Fırtına” topları vasitəsilə 3537, tanklarla 1128 , zirehli texnika ilə 870, artilleriya qurğularıyla isə 285 atış həyata keçirilib. Toplam olaraq İŞİD-ə endirilən zərbələrin sayı 6820-dir.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin hərbi dairələri məlumat yayıb. Həyata keçirilən əməliyyatlarda 690-dan çox terrorçunun, onlara aid 500-dən çox bina və silah-sursat anbarının məhv edildiyi açıqlanıb.

Məlumatda həmçinin ABŞ qüvvələri tərəfindən Mosul ətrafındakı terrorçuların qurudan top atəşləri ilə vurulduğu da qeyd edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol