Menu

Yağış Bakıda 8 yol qəzasına səbəb oldu - 4 yaralı

17.10.2016, 13:35
Yağış Bakıda 8 yol qəzasına səbəb oldu - 4 yaralı

Oktyabrın 16-sı və 17-də intensiv yağışların yağması ilə əlaqədar Bakı əhərində 8 yol qəzası baş verib. Bu barədə Trend-ə açıqlamasında Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

Onun sözlərinə görə, oktyabrın 16-da istirahət günü paytaxtda 3 yol nəqliyyat hadisəsi baş verib ki, nəticədə 4 nəfər xəsarət alıb. Oktyabrın 17-də isə günorta saatlarına qədər 5 yol qəzası baş verib. Qəzalardan 3-ü maneəyə çırpılma, 2-si isə toqquşma nəticəsində baş verib. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol