«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Cənubi Kuril adaları probleminin həlli istiqamətində Yaponiya hökuməti indi də bu adaların Rusiya ilə birgə idarə olunması təklifi ilə çıxış etmək niyyətindədir.
Özəl mənbəyinə istinadla bu xəbəri «Nikkey» qəzeti yayıb.
Yaponiyanın Baş naziri Sindzo Abe Rusiyada yaşanan iqtisadi böhran və Çinin güclənməsi səbəblərindən dolayı, danışıqlarda uğur əldə olunacağına ümid edir.
Rusiya prezidenti Vladimir Putinin Yaponiyaya səfəri dekabr ayına nəzərdə tutulur.
Məlumat üçün bildirək ki, Moskva və Tokio İkinci dünya müharibəsindən sonra Kuril adalarının bir hissəsi üzərində suverenlik mübahisəsindən dolayı hələ də sülh müqaviləsi bağlaya bilməyib.

Şərhlər