Menu

Mosulun yüz min sakini Türkiyəyə sığınıb

17.10.2016, 15:59
Mosulun yüz min sakini Türkiyəyə sığınıb

İraqın Mosul şəhərinin yüz minə yaxın sakini Suriyaya keçib, oradan da gedərək Türkiyəyə sığınıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə BMT-nin Qaçqınların İşi üzrə Ali Komissarlığının mətbuat xidməti bildirib.

Məlumata görə, oktyabrın 17-də Mosulun terrorçu İŞİD qruplaşmasından təmizlənməsi əməliyyatı başladıqdan sonra yüz minə yaxın sakin Suriyaya qaçıb, oradan Türkiyəyə gediblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol