Menu

Maştağalı tapançasını təhvil verdi

17.10.2016, 16:15
Maştağalı tapançasını təhvil verdi

Sabunçu sakini silah-sursatı könüllü olaraq 14-cü Polis bölməsinə təhvil verib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Sabunçu rayonunun Maştağa qəsəbə sakini Pərviz Əliyev “Makarov” markalı tapançanı, 1 ədəd patron darağını və 4 ədəd patronu könüllü olaraq 14-cü PB-yə təhvil verib.

Bundan başqa, Bərdə rayon sakini Sənan Əlişov tapdığı “AKM” markalı silahı, 1 ədəd patron darağını və 14 ədəd patronu könüllü olaraq Zəngilan RPŞ-yə (Abşeron rayonu) təhvil verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol