Menu

Bakıda 4 yaşlı uşağı avtomobil vurub

17.10.2016, 16:36
Bakıda 4 yaşlı uşağı avtomobil vurub

Bakıda 4 yaşlı uşağın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un xəbərinə görə, hadisə Səbail rayonu, 20-ci sahə, Yüzbəy Mürsəlov küçəsi 37 ünvanının qarşısında qeydə alınıb.

Belə ki, yaşadığı evin qarşısında 2012-ci il təvvəllüdlü Tunar Məmmədlini avtomobil vurub. Xəsarət alan uşaq hadisəni törədən sürücü tərəfindən xəstəxanaya çatdırılıb. Yaralının vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol