Bugün günorta saatlarından başlayaraq Qax rayonu ərazisinə ilk qar yağıb.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, qar rayonun dəniz səviyyəsindən 1 800 metr yüksəlikdə yerləşən Sarıbaş və dəniz səviyyəsindən 1356 metr yüksəklikdə yerləşən İlisu kəndləri ərazisinə yağıb.
Rayonun Sarıbaş kəndinin ərazisinə 7 santimetr, İlisu kəndinə isə 5 santimetr qar yağıb.
Qeyd edək ki, qışı rütubətli keçən soyuq iqlim tipinin hakim olduğu İlisu kəndində orta illik temperatur +2, +6 C° arasında dəyişir. Yağıntıların əsas hissəsi aprel-sentyabr ayları arası düşür. İllik yağıntının miqdarı 1200-1400 millimetr, qarla örtülü günlərin sayı isə 120-160 gündür.
[gallery columns="4" ids="262041,262042,262043,262044,262045,262046,262047,262048"]


Şərhlər