Menu

Vətəndaşları aldadan iş adamına hökm oxundu

17.10.2016, 19:15
Vətəndaşları aldadan iş adamına hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nazim Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Trend-in məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə N.Hüseynov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, N. Hüseynov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham olunur.

“Orxan” MTK-nın keçmiş icraçı direktoru olan Nazim Hüseynov vətəndaşları evlə təmin etmək adı ilə pullarını mənimsəməkdə ittiham olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol