Menu

Mixail Qorbaçov məhkəmə qarşısına çıxarılacaq!

18.10.2016, 17:53

qorbacovAzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Litva məhkəməsi 1991-ci ildə Vilnyüs televiziya mərkəzinə edilmiş hücuma görə, SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçovu dindirmək niyyətindədir.

Qorbaçov bu iş üzrə şahid qismində tanınır. Bundan əvvəl həmin hadisələr zamanı həlak olmuş bir litvalının qohumları hüquq-müdafiə orqanlarından tələb edib ki, baş vermişlərdə Qorbaçovun rolu ayrıca təhqiq olunsun.

İndiyə qədər Rusiya bu iş üzrə Litvaya hüquqi yardım göstərməkdən imtina edib.

1991-ci ilin yanvarında sovet hərbçilərinin teleqülləyə və radio-televiziya Komitəsinin binasına hücumu nəticəsində 14 nəfər həlak olub, 1000 nəfərdən artıq insan isə yaralanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol