Menu

ABŞ-da ehtiyatların azalması nefti bahalaşdırır Böyüt

19.10.2016, 09:03

rhine-oil-750x320Dünya bazarında neft bahalaşıb.

"APA -Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,45 dollar artaraq 50,74 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,44 dollar artaraq 52,12 dollar olub.

Analitiklər hesab edir ki, neft bahalaşsa da bu tendensiya bu gün ərzində dəyişə bilər.

Neftin bahalaşmasına ötən həftə ABŞ-da "qara qızıl" defisitinin yaranmasıdır. ABŞ-ın Neft İnstitutunun yaydığı məlumata görə, qeyd edilən müddətdə tələb təklifi 3,8 mln. barrel üstələyib və kommersiya ehtiyatları bu qədər azalıb. Analitiklər isə kommersiya ehtiyatlarının 2,1 mln. barrel artmasını proqnozlaşdırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol