Menu

Özbəkistanda hərbi helikopter qəzaya uğrayıb, 9 nəfər ölüb

19.10.2016, 19:54

teyyare qezaQəzanın səbəblərini araşdırmaq məqsədilə xüsusi komissiya yaradılıb

Özbəkistanın Müdafiə Nazirliyinin "Mi-171" helikopteri Fərqanə vilayətində qəzaya uğrayıb. Qəza nəticəsində 9 nəfər, həmçinin 6 hərbçi və 3 ekipaj üzvü həlak olub.

"Report"un RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, məlumatı milli "Uzbekiston" telekanalı yayıb.

Qəzanın səbəblərini araşdırmaq məqsədilə xüsusi komissiya yaradılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol