Menu

 İki azyaşlı dəm qazından zəhərlənərək ölüb - Göygöldə

19.10.2016, 20:33

Dem-Qazi_161112Göygöldə dəm qazından zəhərlənmə olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Göygöl şəhərinin Babək küçəsində qeydə alınıb.

Gəncə sakini, 1976-cı il təvəllüdlü Bahar Abbasova və onun iki azyaşlı övladı dəm qazından zəhərlənib.

Hadisə nəticəsində 2 yaşlı Abbasov Tuncay Vüsal oğlu və 4 yaşlı Abbasova Xədicə Vüsal qızı vəfat edib, Bahar Abbasova isə Göygöl Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol