Menu

Ağsuda sərnişin avtobusu yanıb

19.10.2016, 22:20

fhn_car_090616Ağsuda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Ağsu şəhərində vətəndaşa məxsus “Mercedes” markalı sərnişin avtobusunun mühərrik hissəsi və salonu qismən yanıb.

Avtobusun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol