Menu

Rusiyanın kəşfiyyat gəmisi Latviya sərhədində!

20.10.2016, 10:23
Rusiyanın kəşfiyyat gəmisi Latviya sərhədində!

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Rusiyaya məxsus kəşfiyyat gəmisi növbəti dəfə Latviyanın sərhədi yaxınlığında qeydə alınıb. Bu iddia ilə Latviya Milli silahlı qüvvələri (MSQ) çıxış edib.

«Latviyanın məxsusi iqtisadi zonasında, ərazi sularıdan 18 dəniz mili məsafədə hərbi-hava qüvvələri oktyabrın 17-də Rusiya hərbi-dəniz qüvvələrinin «Alpinist» kəşfiyyat gəmisini aşkarlayıb» - deyə, xəbər verilir. Məlumat MSQ-nrn «Twitter» şəbəkəsindəki rəsmi səhifəsində yer alıb.

Latviya müdafiə nazirliyinin (MN) versiyasına görə, Rusiyanın hərbi təyyarələri və gəmiləri 2015-ci ildə respublikaının sərhədlərinə 270 dəfədən çox, 2014-cü ildə isə 250 dəfədən artıq yaxınlaşıb.

Bundan əvvəl Rusiyanın Latviyadakı səfiri dəfələrlə bəyan edib ki, Rusiyanın hərbi təyyarələrinin uçuşu və gəmilərinin hərəkəti ciddi şəkildə beynəlxalq-hüquqi normalara uyğun olaraq həyata keçirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol