AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Ukraynaya həsr olunmuş növbəti görüş zamanı Rusiya prezidenti Vladimir Putin, Fransanın prezidenti Fransua Olland, Almaniya Federativ Respublikasının kansleri Angela Merkel və Ukraynanın prezidenti Pyotr Poroşenko danışıqlarda ümumi dil tapa bilməyiblər.
Bu barədə, normand dördlüyünün Berlində keçirilmiş görüşü barədə danışarkən, Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib. Bununla bərabər, telemüsahibəsində Peskov qeyd edib ki, dörd ölkənin lideri həmin formatda işləri davam etdirməyə hazırdır. Onun sözlərinə görə, özlüyündə bu, olduqca vacibdir.

Şərhlər