Menu

Paris yaxınlığında avtobusa od vurdular

23.10.2016, 18:18
Paris yaxınlığında avtobusa od vurdular

Ötən gecə Paris ətrafındakı Sen-Deni rayonunda naməlum şəxslər marşrut avtobusunu yandırıblar. "BFM TV" telekanalının verdiyi məlumata görə, marşrut üzrə hərəkət edən avtobus üzü maskalı bir qrup gənc tərəfindən saxlanılıb.

Sürücü və sərnişinlərin avtobusu tərk etməyə məcbur edən qrup daha sonra avtobusu yandırıb. Olay zamanı xəsarət alan olmayıb.

Cinayətin motivi bəlli deyil. Ancaq bu, Sen-Denidə ilk hadisə deyil. Bu ilin iyulunda da Sen-Denidə digər avtobus yandırılıb. Həmin vaxt bu olayın polis tərəfindən 24 yaşlı qara dərili gəncin öldürülməsi ilə əlaqəli olduğu ehtimal edilib.(APA)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol