Menu

“Egypt Air” aviaşirkətinə məxsus təyyarə Afinada təcili eniş edib

23.10.2016, 22:46
“Egypt Air” aviaşirkətinə məxsus təyyarə Afinada təcili eniş edib

“Egypt Air” aviaşirkətinə məxsus təyyarə Yunanıstanın paytaxtı Afinada təcili eniş edib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, buna təyyarədə texniki nasazlığın yaranması səbəb olub.

Təyyarənin Qahirə-Paris marşrutu üzrə uçduğu bildirilir. Sərnişinlər hadisədən 2 saat sonra digər təyyarə ilə Parisə göndəriliblər.

Hadisə nəticəsində zərərçəkənlərin olub-olmaması barədə məlumat verilmir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol