Menu

Bakıda xəstəxananın həyətində kişi meyiti tapılıb

26.10.2016, 13:01
Bakıda xəstəxananın həyətində kişi meyiti tapılıb

Bakıda xəstəxananın həyətində meyit tapılıb.

Sabunçu Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının həyətində üzərində zorakılıq əlamətləri olmayan 30-35 yaşlı kişi meyiti aşkarlanıb.

Hadisə barədə polisə məlumat verilib. Araşdırmalar nəticəsində meyiti tapılan şəxsin Bakı şəhər sakini 1988-ci il təvəllüdlü Rəşad Rəşid oğlu Cəbiyev olması müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol