Menu

Polis Akademiyasında dava düşüb - Kursantlardan biri bıçaqlanıb

26.10.2016, 16:07

polis akademiyaBakının Xəzər rayonunda Polis Akademiyasının 3-cü kurs tələbələri arasında mübahisə zamanı bir nəfər bıçaqlanıb.

"Report"un məlumatına görə, dava küçədə olub.

Belə ki, Mərdəkan qəsəbəsi Yesenin küçəsi 5 ünvanın qarşısında Polis Akademiyasının 3-cü kurs tələbələri 1997-ci il təvəllüdlü Coşqun Əliyev ilə 1996 ci- il təvəllüdlü Rəşad Məmmədov arasında mübahisə düşüb. Mübahisə zamanı C.Əliyev qrup yoldaşı R.Məmmədova bıçaqla xəsarət yetirib. R.Məmmədov Arif Heydərov adına Respublika Hospitalına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol