Menu

Fuad Poladov istefa verməyib – RƏSMİ

26.10.2016, 19:23
Fuad Poladov istefa verməyib – RƏSMİ

“Fuad Poladov hazırda Akademik Milli Dram Teatrında fəaliyyətini davam etdirir”.

Bunu Moderator.az-a açıqlamasında Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı bildirib.

O deyib, oktyabrın 28-də Fuad müəllimin rol aldığı "Müsyo İbrahim və Quran çiçəyi" tamaşası nümayiş olunacaq: “Bu ay ərzində isə Fuad müəllim "Şah Qacar" tamaşasında çıxış edib”.

Xatırladaq ki, bu gün saytlarda Xalq artisti Fuad Poladovun Akademik Dövlət Dram Teatrından istefa verməsi barədə məlumatlar yayılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol