Menu

Çinlilər Rusiyada sayca ikinci olacaqlar! - 2050-ci ilə qədər

26.10.2016, 23:57
Çinlilər Rusiyada sayca ikinci olacaqlar! - 2050-ci ilə qədər

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, alimlər Çindən Rusiyaya mümkün miqrasiya dalğasının böyüməsini proqnoz edərkən, 2050-ci ilə bu ölkədə onların sayca ikinci xalq olacağını bildirirlər.

Bu barədə Şimali Qafqaz federal universitetində (Stravropol) keçirilən «Miqrasiya prosesləri» beynəlxalq konfransında Rusiya Elmlər Akademiyası (REA) Xalq təsərrüfatının proqnozlaşdırılması İnstitutu nəzdindəki Miqrasiya araşdırmaları Mərkəzinin elmi direktoru Janna Zayonçkovskaya məlumat verib.

«Çində işsizlərin sayı Rusiyanın bütün əhalisinin sayından çoxdur. Əgər Çinlə möhkəm əməkdaşlıq qorunub saxlanarsa, o zaman mən hesab edirəm ki, 2050-ci ilə çinlilər say hesabı ilə Rusiyada ikinci xalq olacaqlar və miqrasiyaya üzrə, Orta Asiya xalqlarını ötüb keçəcəklər» - deyə, Zayonçkovskaya qeyd edib.

Demoqrafiya sahəsinin eksperti bu prosesi artıq 2030-cu ildən sonra Orta Asiyadan miqrasiya dalğasının zəifləyəcəyi ilə izah edib. Nədən ki, bu ölkələrin gənclərinin böyük qismi artıq təhsil almaq və işləmək üçün qonşu ölkələrə gedib.

Hazırda Rusiya üçün başlıca «donor»lar Tacikistan, Özbəkistan və Ukraynadır.

«Əgər biz, digər «donor»lar barədə danışsaq, o zaman sözsüz, Rusiyanın normal iqtisadi inkişaf üçün digər ölkələrdən işçi qüvvəsi almaq zorunda qalacağını qeyd etməliyik. Belədə, Çinə alternativ ölkə görmürəm» - deyə, ekspert əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol