AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Çeboksar şəhərindəki (Çuvaşıstan Muxtar Respublikası) məktəblərin birində 300 şagird zəhərlənib. Buna görə, həmin təhsil müəssisəsində növbədənkənar tətil elan olunub.
«Rospotrebnadzor», prokurorluq və istintaq komitəsi zəhərlənmənin səbəblərini araşdırır. Onlarla şagirdin xəstələnməsi barədə xəbər hələ çərşənbə axşamı yayılmağa başlayıb. Onlardan ikisi xəstəxanaya yerləşdirilib.
Çuvaşıstan respublikası administrasiyasının rəsmi saytında xəbər verilir ki, mümkün qospitallaşdırmalar məqsədilə 2 saylı şəhər uşaq xəstəxanasında ehtiyat çarpayılar ayrılıb.


Şərhlər