Menu

Malta hökuməti Rusiya hərbi gəmilərinə yanacaq vermədi!

27.10.2016, 20:50
Malta hökuməti Rusiya hərbi gəmilərinə yanacaq vermədi!

AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Malta hökuməti Suriyaya doğru üzən Rusiya hərbi gəmilərinə yanacaq doldurmaqdan imtina edib.

Bu barədə Maltanın xarici işlər naziri Corc Bella məlumat verib.

Nazir, bu dəfə Moskvadan rəsmi sorğunun verilib-verilməməsi məsələsinə aydınlıq gətirməyib.

Məlumat üçün bildirək ki, bundan əvvəl Rusiya hökuməti bu gəmilərin İspaniya limanından yanacaq götürməsi barədə verdiyi sorğunu geri götürmüşdü.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol