AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ-n sabiq dövlət katibi, Nobel sülh mükafatı laureatı Henri Kissincer daha 6 əcnəbi Nobel mükafatı laureatı ilə birlikdə Rusiya Elmlər Akademiyasının (REA) akademiki seçilib. Bu barədə REA-nın akademiki Boris Çetveruşkin xəbər verib.
«Kissincer, Henri Alfred...» - deyə, Çetveruşkin ABŞ eks-dövlət katibinin adını REA-nın akademiki seçilənlərin sırasında oxuyub. Akademik titulu Kissincerə dünyanın qlobal problemlərini ararşdırdığına görə verilib.
Kissincerdən əlavə, REA akademikləri sırasına fizika üzrə Nobel mükafatı laureatı Serj Aroş, Martinus Veltman, kimya üzrə laureatlar - Rocers Kornberq, Jan-Pyer Sovaj və Dan Şextman, iqtisadiyyat üzrə laureat Kennet Cozef Errou da daxil olub.
Kissincer - ABŞ-ın dövlət katibi və Prezidentin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi olub. O, SSRİ və ABŞ arasında «gərginliyin azaldılması» siyasətinin təşəbbüskarı kimi tanınır. 1973-cü ildə Kissincer Nobel sülh mükafatına layiq görülüb.
Redaksiyadan: Məlumat üçün bildirək ki, Henri Kissincer 1982-ci ildə İtaliyanın Baş naziri, loyal siyasi kursu ilə seçilən Xristian-demokratik partiyasının üzvü Aldo Moronun oğurlanması və vəhşicəsinə öldürülməsinin təşkilatçılarından biri kimi tanınır. O zaman Kissincer ABŞ-ın dövlət katibi vəzifəsini daşıyıb. İndi akademik seçilmiş Kissincer həm də «Komitə 300» adlı gizli təşkilatın üzvüdür və onun siyasət aləmində ildırım sürətli yüksəlişi məhz bununla izah olunur. Bu, ayrıca bir məqalənin mövzusudur...


Şərhlər