Menu

MOSUL HƏRƏKATINDA KRİTİK GƏLİŞMƏ - Hücuma keçdilər...

29.10.2016, 13:05
MOSUL HƏRƏKATINDA KRİTİK GƏLİŞMƏ - Hücuma keçdilər...

İraqın ən böyük ikinci şəhəri Mosulu İŞİD-dən qurtarma əməliyyatında, İran dəstəkli silahlı şiələr qərb cəbhəsindən Telaferə doğru hücuma keçib.

"AzPolitika.info" Türkiyə mətbuatına istinadən xəbər verir ki, İran dəstəkli silahlı şiə qrup, Mosulun qərb cəbhəsindən Telaferə doğru hücum başladığını bəyan edib. Türkiyənin daha əvvəl dəfələrlə gündəmə gətirdiyi Türkmən şəhərindəki soyqırım narahatçılığı, bu hücumla narahatçılığın artmasına səbəb olub.

Hizbullah Qırmızı Ordu rəsmisi Cəfər Əl Hüseyni, digər şiə milislərlə birlikdə şənbə günü(bu gün) qərb cəbhəsindən Telaferə doğru hərəkətə keçdiklərini bildirib. Rəsmi həmçinin İranlı əsgərlərin özlərinə məsləhət etdiyini, İraq döyüş təyyarələrinin isə havadan dəstək verdiklərini ifadə edib.

Bütün bu açıqlamalar, günlərdir gündəmdə olan ən pis ssenarinin reallaşdığı mənasını verir. Türkiyə, Haşdi Sabin milislərinin Telaferə girmə ehtimalı səbəbiylə bir Türkmən qətliamı yaşana biləcəyi xəbərdarlığını dəfələrlə edib. Telafer, İraqdakı tək homogen Türkmən bölgəsidir.

Ankara, Türkmənlər qarşı bir qətliamın qarşısının alınması üçün lazımi addımları atacağını, iraqlı səlahiyyətlilərlə etdiyi hər görüşdə dilə gətirib. Xarici işlər naziri Mevlüt Çavuşoğlu, çərşənbə günü təşkil etdiyi mətbuat konfransında "Telafer və digər bölgələrdə hücum olsa, yenə burada bizə qarşı bir təhdid meydana gəlsə burada da tədbir alarıq. Onlara qarşı hücumlar olsa əlbəttə biz buna da laqeyd qalmarıq", deyə açıqlama verib.

 

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol