AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, bu gün Vyana şəhərində OPEK-in növbəti iclası keçiriləcək. İclasda nevt hasilatının azaldılması məsələsi müzakirə olunacaq. Görüşə OPEK üzvü olmayan ölkələr də dəvət edilib.
Bu günlərdə Avstriyanın Paytaxtında OPEK xüsusi komitəsinin Əlcəzair razılaşmasının yeninə yetirilməsi üzrə iclasları keçirilir. Neft hasil edən ölkələrin təşkilatı sentyabrın sonlarında Əlcəzairdə neft hasilatının gün ərzində 33 milyon barrelə qədər azaldılmasını razılaşdırıb.
OPEK-in Baş katibi Mühəmməd Barkindo bu günlərdə qeyd edib ki, razılaşmalar artıq öz nəticələrini verməyə başlayıb - bazar dəyişib və daha az volatil olub.
Məhz bu kursu həyata keçirmək üçün OPEK üzvlərinin görüşü təşil olunub. Dünən Vyanada üzv ölkələr toplanıb, bu gün isə iclas geniş formatda keçiriləcək. «TASS» xəbər verir ki, bu iclasda dəvət olunmuş qeyri-rezidentlər - Rusiya, Kanada, Norveç, Azərbaycan və Oman da iştirak edəcək.
Bakı və Moskva artıq hasilatı azaltmağa hazır olduğunu bəyan edib, amma OPEK-in öz daxilində bu barədə qərar qəbul olunandan sonra.
Bütün bunlara baxmayaraq bazar pessimist perspektivdən xəbər verir - son bir neçə gün ərzində neftin qiymətləri düşməkdə davam edib. Hasilatın azaldılması barədə yekun qərarın, gözlənildiyi kimi, noyabrın 30-da OPEK-in Vyanada keçiriləcək iclasında qəbul olunacaq.

Şərhlər