Menu

 Mağazadan 10 min manat dəyərində kitab oğurlanıb - Bakıda

29.10.2016, 15:24

kitab_02541Bakı Metropoliteninin "İçərişəhər" stansiyasının içərisində yerləşən kitab mağazasından oğurluq olub.

"Report"un xəbərinə görə, mağazanın sahibi bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

Sahibkar bildirib ki, mağazadan dəyəri 10 min manata yaxın olan kitablar oğurlanıb.

Faktla bağlı Metropoliten Polis Şöbəsində araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol