Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Sağlam Yaşa Gənclərin Maarifləndirilməsi İctimai Birliyi" tərəfindən Zaqatala rayonunda "Dini radikal cərəyanlara qarşı mübarizədə maarifləndirmə” mövzusunda layihəyə start verilib.
İki gün davam edən tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb. İctimai Birliyin birinci tədbiri 27 oktyabr 2016-cı il tarixində rayonun Yuxarı Tala kəndində keçirilib. Dəirmi masada gənclər, yerli ilahiyyatçıalar, Rayon İcra Hakimiyyəti nümayəndələri, Təhsil, Mədəniyyət işçiləri və rayon polis şöbəsinin nümayəndəsi iştirak ediblər.
Tədbiri giriş sözü ilə Birliyin sədr müavini Tələt Qəribov açaraq layihənin məqsədi, multikultiralizm dəyərlərinin təbliği, insanlar arasında dini tolerantlıq, dini radikalizmə qarşı mübarizədə həyata keçirilən dövlət siyasəti barədə geniş məlumat verdi. Mövzu ilə bağlı məruzə edən Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri, ilahiyyat üzrə fəlsəfə doktoru Mehman İsmayılov dini radikalizm və dini fanatizm əməlləri barədə geniş məlumat verdi. Birliyinin ekperti Nizami Məmmədzadə, rayon İcra Hakimiyyətinin nümayəndəsi İlqar Vəliyev, Tala kənd İcra nümayəndəsi Davud Ağayev,Yuxarı Tala kənd üzrə dini İcma sədri Səid Şabanov öz çıxışlarında Dini Radikalizmin xalqlara gətirdiyi fəlakətlərdən, bu sahədə mübarizədə bütün dövlətlərin həmrəy olmasının vacibliyindən danışdılar.
Bu mövzuda ikinci tədbir 28 oktyabr 2016-ci il tarixdə rayonun Humanitar litseyində davam etdirilib. 150 nəfərdən çox gəncin iştirak etdiyi dəyirmi masada yenə də dini radikalizmin nə olduğu, onun xalqlara gətirdiyi fəlakətlər barədə tədbir iştirakçılarına məlumat verildi. Birliyin ekpertləri öz çıxışlarında müxtəlif siyasi qüvvələrin Azərbaycanda da dini ekstremist cərəyanların təşəkkül tapmasına, onların pozuculuq əməllərinə dəstək verməsinə, əhalinin müxtəlif təbəqələrini aldadaraq öz məqsədləri üçün alətə çevirməklərini qeyd etdilər. Buna görədə bu sahədə maarifləndirici tədbirlərin davamlı olması, bu mübarizədə yeganə silahın maarifləndirilmə olduğu qeyd edildi. Tədbirdə rayon Təhsil, Mədəniyyət, İcra Hakimiyyəti nümayəndələri və rayon qazisi Haci Malik Bilalov iştirak ediblər. Müzakirələrdə mövzunun əhəmiyyəti qeyd edilərək bu məsələlərə münasibət bildirilib və iştirakçılar tərəfindən bəzi təkliflər verilib.
[gallery size="full" ids="265701,265702,265703"]


Şərhlər