Menu

Mehdiabadda 27 yaşlı qadını maşın vurub

29.10.2016, 21:56

piyada kecidHadisəni törədən şəxs qaçıb

Abşeron rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, rayonun Mehdiabad qəsəbəsində yolu keçmək istəyən 1989-cu il təvəllüdlü Məmmədova Azadə Mikayıl qızını naməlum avtomaşın vuraraq hadisə yerindən qaçıb.

Xəstəxanaya çatdırılan qadın sağ diz və sağ dirsəyindən xəsarət alıb.

Hazırda polis sözügedən sürücünün şəxsiyyətinin müəyyən edilməsi və onun saxlanılaraq istintaqa təhvil verilməsi istiqamətində iş aparır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol