Menu

CHP sədrinin müavini silahlı hücum nəticəsində yaralanıb

29.10.2016, 22:24
CHP sədrinin müavini silahlı hücum nəticəsində yaralanıb

Türkiyənin əsas müxalifət partiyalarından biri Cümhuriyyət Xalq Partiyası sədrinin müavini Bülənt Tezcan silahlı hücum nəticəsində yaralanıb.

APA-nın “Hurriyet”ə istinadən verdiyi xəbərə görə, naməlum şəxsin atəş açması nəticəsində siyasətçi ayağından yaralanıb.

İnsident Bülənt Tezcanın Aydın əyalətində restoranda olduğu zaman baş verib. Hücum edən şəxslər atəş açdıqdan sonra şüar səsləndiriblər və hadisə yerindən uzaqlaşıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hücum edən şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol