Hadisə axşam saatlarında baş verib
Axşam saatlarında Goranboyda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, 1964-cü il təvəllüdlü rayon sakini Babayev Vidadi Həbib oğlu yolu keçmək istəyərkən "QAZ - 3110" markalı avtomobil tərəfindən vurulub.
Ağır xəsarətlər alan piyada Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılarkən yolda keçinib.
Faktla bağlı Goranboy rayon Polis şöbəsində araşdırma aparılır.


Şərhlər