Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonunda qazıntı işləri zamanı döyüş sursatı aşkarlanması barədə məlumat daxil olub.
Virtualaz.org FHN-in saytına istinadən bildirir ki, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexnikləri hadisə yerinə cəlb edilərək tapılmış sursata baxış keçirilib və müəyyən olunub ki, bu, istifadəyə yararsız 1 ədəd 82 mm çaplı minaatan mərmisidir. Sursat aidiyyəti üzrə təhvil verilib. Mütəxəssislər tərəfindən əraziyə əlavə baxış keçirilib, digər növ şübhəli əşya aşkar edilməyib.
Əməliyyat saat 14:35-də başa çatıb.


Şərhlər