Menu

Göygöl sakini bıçaqla özünə xəsarət yetirib

31.10.2016, 00:20

BicaqGöygöl rayon sakini bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə ,rayonun Gəncə qəsəbə sakini 1997-ci il təvəllüdlü Elməddin Bayramov qarının kəsilmiş deşilmiş yarası xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. O dərhal əməliyyat olunub. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Yaxınlarının dediyinə görə, E. Bayramov özü özünə bıçaqla xəsarət yetirib.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol