Menu

Cüdoçularımız "Böyük Dəbilqə" turnirinin qalibi oldular

31.10.2016, 21:52
Cüdoçularımız "Böyük Dəbilqə" turnirinin qalibi oldular

Komanda üzvləri qızıl, gümüş və bürünc medal qazanıblar

Azərbaycan cüdoçuları Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə" beynəlxalq yarışında çıxışlarını uğurla başa vurublar.

"Report" xəbər verir ki, milli komandamızın üzvləri Elxan Məmmədov, Rüstəm Orucov, Tural Səfquliyev müvafiq surətdə qızıl, gümüş və bürünc medal qazanıblar.

Azərbaycan millisi bu nəticə ilə kişilərin yarışında komanda hesabında 1-ci yeri tutub. Aktivində 1 qızıl və 3 bürünc medal olan Rusiya yığması 2-ci yerdə qərarlaşıb. 1 qızıl və 1 bürünc medal qazanan Serbiya cüdoçuları 3-cü olublar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol