Şəmkirdə baş vermiş ağır yol qəzasında ölənlərin sayı 3 nəfərə çatıb, 4 nəfər yaralanıb.
"Report"un Qərb bürosunun məlumatına görə, qəza "90-DC-183" dövlət qeydiyyat nişanlı "VAZ-2107" markalı avtomobil ilə dövlət nömrə nişanı "57-BZ-077" olan "Mercedes" markalı maşının toqquşması nəticəsində baş verib.
Nəticədə "VAZ"da olan 2 nəfər hadisə yerində, 1 nəfər isə xəstəxanada ölüb, daha 4 nəfərin isə vəziyyəti ağırdır. Xəstəxanada ölən şəxs 1985-ci il təvəllüdlü Əhmədov Vüsal Ramiz oğludur.


Şərhlər