Menu

Yəmən sularında İran gəmisi saxlanılıb

31.10.2016, 23:21
Yəmən sularında İran gəmisi saxlanılıb

Gəmi Ədən körfəzi yaxınlığında müşahidə olunub

Yəməndə ölkənin su sərhədlərinə qanunsuz daxil olan İran gəmisi saxlanılıb.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Yəmənin SABA agentliyi məlumat yayıb.

Gəmi Ədən körfəzi yaxınlığında saxlanılıb. Heyət üzvləri dindirilmək üçün Sokotra rayonundakı 1-ci Dəniz Piyada Briqadaları Komandanlığına təslim edilib.

İran tərəfi hadisə ilə bağlı hələ ki, bir açıqlama verməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol