[caption id="attachment_60284" align="alignleft" width="300"]
Türkiyə-Suriya sərhədində türk tankları – 29 sentyabr 2014[/caption]
Bu barədə ABŞ Müdafiə Nazirliyinin rəsmisi məlumat verib
Koalisiya qüvvələri yaxın həftələrdə Suriyanın Raqqa şəhərinə hücuma keçə bilər.
"Report" xəbər verir ki, bu barədə bazar ertəsi ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Piter Kuk məlumat verib.
"Raqqaya hücum yaxın həftələrdə başlayacaq. Biz hesab edirik ki, hazırda bu istiqamətdə İŞİD-ə təzyiq göstərməyin vaxtı çatıb", - deyə o bildirib.
Raqqa İraq və Suriya ərazisinin bir hissəsini işğal edən İŞİD terror qruplaşmasının əsas dayaq məntəqəsidir.

Şərhlər