AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Rusiya Çin Xalq Resrublikasına (ÇXR) Su-35 qırıcı təyyarələrinin göndərilməsinə başlayıb. Bu barədə müdafiə sənayesindəki mənbə xəbər verib.
Mənbənin sözlərinə görə, 2016-cı ilin sonuna qədər Çinə 4 maşın təhvil veriləcək. Təyyarələrin texniki görkəmi rusdilli interfreys də daxil olmaqla, Rusiya təyyarələrinə maksimum yaxındır. Əsas fərq Çinin «Beydou» peyk-navinasiya sistemi üçün ötürücülərin quraşdırılması olacaq.
24 ədəd Su-35 qırıçısının satılması haqqındakı kontrakt barədə 2015-ci ilin noyabrında xəbər verilmişdi. Texnologiyalar və analiz Mərkəzinin məlumatına görə, sövdənin ümumi məbləği 2,5 milyard dollar ətrafındadır.
Bu mövzu ətrafında danışıqlar bir neçə il davam edib. Bu zaman satılacaq maşıların sayı sərt ticarət predmeti olub. Çin əvvəldən 10-12 təyyarə almaq niyyətində olub və lisenziyalı «yığım» tələb edib, Rusiya isə 40-45 qırıcının satılmasına və onların tam olaraq, Komosomolsk zavodunda istehsalına razılıq verib. İmzalanmış yekun kontrakt kompromisin nəticəsi olub.

Şərhlər