Menu

Yıldırımdan Şultsa şillə kimi cavab

01.11.2016, 18:01

binali yildirimTürkiyənin Baş naziri Binəli Yıldırım “Cümhuriyyət” qəzetinin əməkdaşlarının həbs edilməsi ilə bağlı Avropa Parlamentinin rəhbəri Martin Şultsun tənqidlərinə münasibət bildirib.

Axar.az xəbər verir ki, baş nazir ölkədə mətbuat azadlığı ilə bağlı problem olmadığını bildirib: “Başladılar yenə “mətbuat azadlığı əldən gedir” deməyə. Biz buna alışmışıq. Bizim mətbuat azadlığı ilə bağlı bir problemimiz yoxdur. Sənin (Martin Şults nəzərdə tutulur. – red.) çəkdiyin xəttin üzərinə bir xətt də biz çəkərik. Qırmızı xətti bizdə millət təyin edir”.

Xatırladaq ki, dünən FETÖ əməliyyatları çərçivəsində “Cümhuriyyət” qəzetinin 12 əməkdaşı saxlanılıb. Bu hadisədən sonra Martin Şults əməliyyatın mətbuat azadlığına təzyiq olduğunu açıqlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol