Menu

Ardadan “üşüyürük” deyən hərbçilərə jest

01.11.2016, 18:51
Ardadan “üşüyürük” deyən hərbçilərə jest

Türkiyənin Van vilayətində xidmət edən sərhədçilər “Barselona” klubunun futbolçusu Arda Turana müraciət ediblər.

Axar.az xəbər verir ki, futbolçunun İnstaqram hesabına yazan hərbçilər Vanda havaların çox soyuq keçdiyini, istilik batereyalarına ehtiyacları olduğunu deyiblər.

Mesaja dərhal reaksiya verən məşhur futbolçu lazımi istilik batereyalarının Vana göndərilməsini təşkil edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol