Beyləqan Rayon Icra Hakimiyyətinin başçısı Vaqif Abdullayevin qardaşı oğlu Yunis Abdullayev həbs olunub.
Bu barədə vəkil Adəm Məmmədov facebook səhifəsində məlumat yayıb. O bildirib ki, Y.Abdullayev dələduzluqda ittiham edilir və o, Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən həbs olunub.
A.Məmmədov bildirib ki, hüquqlarını müdafiə etdiyi M.Saitqızının və digər zərərçəkənlərin – Əziz Əliyev və Əyyub Hüseynovun milyonlarla dəyəri olan əmlakları hazırda həbsdə olan Yunis Abdullayev və onun əmisioğlu Yalçın Abdullayev tərəfindən dələduzluq yolu ilə ələ keçirilib.


Şərhlər