Menu

Ərdoğandan Afrika ölkələrinə xəbərdarlıq

02.11.2016, 13:28

page_murat-belge-erdogan-sanki-ataturkle-yolundan-rayindan-cikmis-bir-seyi-dogru-yoluna-geri-getiriyor_448052131Afrika qitəsi ölkələri FETÖ-ya qarşı diqqətli olmalıdırlar. Biz bu qardaşlarımıza oyanın deyirik. "Report"un Türkiyə bürosu xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilk defe İstanbulda keçirilən Afrika-Türkiyə Iqtisadi və iş formunda bildirib.

Türkiyə prezidenti vurğulayıb ki, FETÖ teror təşkilatı 170 ölkədə fəalliyətinin olduğunu deyir: "Bu ölkələrdən biri də Afrikadadır. Möhkem olun və qapılarınızı bağlayin bu təşkilata. FETÖ ilə mübarizə hər birimizin ortaq mücadələsidir. Afrikalı qardaşlarımızın bizə dəstəyini 15 iyul tarixində də gördük, biz bundan sonra sizin də bu təşkilatdan təmizlənməsi üçün əlimizdən gələn dəstəyi verəcəyik".

Rəcəb Tayyib Ərdoğan Türkiyədə yeniqurulan maarif dərnəyindən də danışın: "Türkiyədə Marif vəqfi quruldu ve biz Türk mektebleri adı ilə bu təşkilatın xarici ölkələrdə olan Türk məktəbləri adı ilə açıldıqları məktəbləri o ölkələrin təhsil nazirlikləri ilə dövlətin adına keçirdik. Hədəfimizdə Afrika ölkələrində Türkiyənin sefirliklərini açmaqdır. İnşallah bu hədəfimizə çatacayıq".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol