Menu

«Rusiya təyyarəsi ölkə sərhədini pozub!»

02.11.2016, 20:50
«Rusiya təyyarəsi ölkə sərhədini pozub!»

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Estoniya hərbçiləri belə bir bəyanatla çıxış edirlər ki, Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) sərhədçilərinə məxsus təyyarə bu baltik ölkəsinin hava məkanına soxulub. Bu barədə məlumat Estoniya Silahlı Qüvvələri müdafiə Qərargahının saytında yer alıb.

«Rusiya Federasiyası Sərhəd Xidmətinin An-148 təyyarəsi 09:33 radəsində icazəsiz olaraq Vayndloo rayonunda Estoniyanın hava məkanına daxil olub. Təyyarə 1 dəqiqəyə yaxın müddətdə Estoniya səmasında uçub» - deyə, müdafiə Qərargahı iddia edir. Qərargahın versiyasına görə, təyyarənin transponderi (təyyarəni avtomatik olaraq identifikasiya edən qurğu - red.) söndürülmüş olub.

«Estoniyanın Xarici İşlər Nazirliyi Rusiya səfirini dəvət edib və ona nota təqdim edib» - deyə, müdafiə Qərargahı xəbər verir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol