Menu

Tovuz sakinini elektrik cərəyanı vuraraq öldürüb

02.11.2016, 23:15
Tovuz sakinini elektrik cərəyanı vuraraq öldürüb

Tovuz şəhərində bədbəxt hadisə baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə istifadəsiz olan dəri emalı sexinin həyətində qeydə alınıb.

Abulbəyli kənd sakini 1989-cu il təvəllüdlü Rasim Kərimovu transformatorun yaxınlığında elektrik cərəyanı vuraraq öldürüb.

Meyiti müayinə olunduqdan sonra aidiyatı üzrə təhvil verilib.

Faktla bağlı Tovuz Rayon Prokurorluğu araşdırma aparır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol