Menu

“Neptun” supermarketi bağlandı

03.11.2016, 09:40
“Neptun” supermarketi bağlandı

2003-cü ildə Azərbaycanda qida sektorunda fəaliyyətə başlamış “Neptun” supermarketlər şəbəkəsi, deyəsən, bazardakı rəqabətə tab gətirə bilmir.

“Marja”nın məlumatına görə, şəbəkənin Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsindəki (Park Plyus Əyləncə Mərkəzinin 1-ci mərtəbəsi) supermarketi bağlanıb.

Son vaxtlar “Neptun”un Bakıxanov şöbəsi alıcı qıtlığı yaşayırdı.

Beləliklə, Bakıxanov filialının bağlanması ilə “Neptun” supermarketlərinin sayı 12-dən 11-ə düşüb.

Bağlanmış “Neptun” supermarketin yerində “SPAR” market açılacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol