Menu

Gəncə Karamel Fabriki yanır

02.05.2014, 10:16
Gəncə Karamel Fabriki yanır

Gəncədə yanğın hadisəsi baş verib. Gəncə Yanğından Mühafizə İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, Gəncə Karamel Fabrikində yanğın saat 10 radələrində başlayıb.

Hadisə yerinə 5 yanğınsöndürən avtomobil cəlb olunub. Yanğının fabrikin müdirinin otağından başladığı bildirilir.

Hazırda alovun söndürülməsi istiqamətində iş aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol