Menu

Yeni baş həkim təyin olundu

04.11.2016, 10:51
Yeni baş həkim təyin olundu

Xəbər veridiyimiz kimi, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında kadr dəyişikliyi baş verib.

Klinikanın baş həkimi Asiman Həsənov öz ərizəsilə tutduğu vəzifədən azad olunub.

Modern.az-ın əldə etdiyi məlumata görə, artıq Tədris Cərrahiyyə Klinikasına yeni baş həkim təyin olunub.

Bu gün Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının direktoru Surxay Hadıyev yeni baş həkimi kollektivə təqdim edib. Yeni baş həkim Tibb Universitetinin II cərrahi xəstəliklər kafedrasının professoru Rauf Maqsudoğludur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol