Menu

İqlim üzrə Paris razılaşması qüvvəyə minir 

04.11.2016, 16:39
İqlim üzrə Paris razılaşması qüvvəyə minir 

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, bu gün iqlim üzrə Paris razılaşması qüvvəyə minir. Bu sənəd, fəaliyyət müddəti 2020-ci ildə bitəcək Kiot protokolunu əvəzləyəcək.

Paris razılaşması bir il bundan əvvəl imzalanıb. Foruma toplaşan 195 iştirakçı dövlət planetdə orta temperaturun 2 dərəcədən partıq yüksəlməsinə imka verməmək barədə razılığa gəlib. Alimlər hesab edirlər ki, əks halda ekologiya üçün dönməz proseslər baş qaldıra bilər.

Kiot protokolundan fərqli olaraq, Paris razılaşmasına görə, atomosferə buraxılan zərərli tullantıların həcminin azaldılması öhdəliyini iqtisadi inkişaf səviyyəsindən asılı olmayaraq, bütün dövlətlər öz üzərinə götürür.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol